×
A
A
A
Sazlamalar

Xocalıda yabanı halda bitən çətənə kolları məhv edilib

Bakı, 20 iyun, AZƏRTAC
Xocalı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidmətnin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1690 kiloqramdan artıq olan, 2800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Cəmiyyət 2021-06-20 17:34:00