×
A
A
A
Sazlamalar

Cəlilabadda baş verən yanğın söndürülüb

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a verilən xəbərə görə, məlumat əsasında görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.

Cəmiyyət 2021-06-19 22:45:00