×
A
A
A
Sazlamalar

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İctimai şura üzvləri ilə görüş olub

Bakı, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada nazirlik yanında İctimai şura üzvləri ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Milli Observatoriyanın sədri Elşən Əsədov şura üzvlərinə qurumun fəaliyyət istiqamətləri, demoqrafiya, əmək bazarı, təhlil və proqnozların hazırlanması sahəsində gördüyü işlər, yeni layihələri barədə məlumat verib. Əlilliyi olan şəxslər üçün hazırlanmaqda olan Virtual İnnovasiya Parkı layihəsindən bəhs olunub. Layihənin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağı qeyd edilib.
Əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün Milli Observatoriya tərəfindən Müayinə-Sorğu Sisteminin qurulması işləri də diqqətə çatdırılıb. Həmçinin bu və Observatoriyanın digər fəaliyyət sahələri üzrə İctimai şura üzvləri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

 

 

Sosial 2021-06-19 13:36:00