×
A
A
A
Sazlamalar

Cari ildə ölkədə 1,4 ton qızıl istehsal olunub

Bakı, 19 iyun, AZƏRTAC

Yanvar-may aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1 ton 444,6 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 0,8 faiz çoxalıb.
İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.

 

Sənaye 2021-06-19 13:13:00