×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının istehsalı 9,8 faiz azalıb

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-may aylarında kimya sənayesində məhsul buraxılışı azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 625,8 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 4,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 24,6 faiz artıb, kimya sənayesi məhsullarının istehsalında isə 9,8 faiz azalıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 96,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 7,8 dəfə artıb.

Sənaye 2021-06-17 16:39:00