×
A
A
A
Sazlamalar

Beş ayda 47,2 min ton metanol istehsal olunub

Bakı, 17 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycanda 58,9 min ton propilen (ondan əmtəəlik 55 min ton), 67,9 min ton polietilen, 68,7 min ton etilen, 47,2 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 9,8 faiz azalıb. İyunun 1-nə 2,7 min ton propilen, 12,3 min ton polietilen və 28,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

 

Sənaye 2021-06-17 12:14:00