×
A
A
A
Sazlamalar

Beş ayda 61,4 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 16 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan 53,3 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 61,4 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında 38,2 milyon dollarlıq 59,8 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Sənaye 2021-06-16 17:07:00