×
A
A
A
Sazlamalar

Cari ildə metanol ixrac edilməyib

Bakı, 16 iyun, AZƏRTAC

Yanvar-may aylarında Azərbaycandan metanol ixrac olunmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyəri 16,9 milyon ABŞ dolları olmaqla 166,9 min ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə 51,1 milyon dollarlıq 471,2 min tondan çox metanol ixrac edilmişdi.

 

Sənaye 2021-06-16 15:15:00