×
A
A
A
Sazlamalar

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkə daxilində gərginlik artır

Tbilisi, 15 iyun, AZƏRTAC

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.
AZƏRTAC xəbər verir ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.
Ermənistan mətbuatının yazdığına görə, dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən Ermənistan" partiyasının qərargahının əməkdaşları arasında olub.
Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2021-06-15 00:04:00