×
A
A
A
Sazlamalar

Dünya Bankı Özbəkistanın iki vilayətindəki şəhərlərin inkişaf etdirilməsinə 100 milyon dollar ayırıb

Daşkənd, 14 iyun, AZƏRTAC

Dünya Bankı (DB) Direktorlar Şurasının qərarı ilə Özbəkistanın Qaşqadərya və Surxandərya vilayətlərindəki şəhərlərin inkişaf etdirilməsinə 100 milyon dollar vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, ayrılan vəsait bu iki vilayətin şəhərlərində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, xüsusi investisiya proqramlarının həyata keçirilməsinə, şəhər infrastrukturlarının, o cümlədən su təchizatının, kanalizasiya, elektroenergetika sistemlərinin dirçəldilməsinə, parkların müasir standartlar səviyyəsində qurulmasına, maddi-mədəni irsin qorunmasına yönəldiləcək.
Bundan əvvəl DB Buxara vilayətinin Kaqan, Namanqan vilayətinin Çartak və Daşkənd vilayətinin Yangiyul və Pskent şəhərlərində belə layihələri uğurla həyata keçirilib.
DB Özbəkistanın digər vilayətlərində də belə layihələrin reallaşmasını davam etdirəcək.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd 

Dünya 2021-06-14 19:05:00