×
A
A
A
Sazlamalar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Qızılağac Milli Parkında maarifləndirmə tədbiri keçirib

Bakı, 14 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qızılağac Milli Parkının Masallı rayonunun ərazisindən keçən hissəsində “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Parkın əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib və onların mövzu ilə bağlı sualları cavablandırılıb.

Hadisə 2021-06-14 18:44:00