×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyi dünya ölkələrində baş verən quş qripi xəstəliyi və görülən tədbirlər barədə məlumat verib

Bakı, 14 iyun, AZƏRTAC

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) “Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)” vasitəsilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvarından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artaraq keçən il oktyabrın ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.
Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildiriblər ki, WAHIS-in məlumatlarına əsasən, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir. Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün, OİE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Sosial 2021-06-14 18:12:00