×
A
A
A
Sazlamalar

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 14 iyun, AZƏRTAC

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qarakollu kənd sakini Ceyhun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən Quruçay çayına aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-06-14 17:36:00