×
A
A
A
Sazlamalar

Milli Qurtuluş Günü ilə əlaqədar videoməlumat hazırlanıb

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü ilə əlaqədar videoməlumat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı tərəfindən hazırlanan videoməlumatda Azərbaycan Respublikasının rəsmi bayramlardan olan Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti haqqında məlumat virtual izləyicilərə çatdırılıb.
Hazırlanmış videoməlumat adı tariximizə böyük xilaskar kimi düşən ümummilli lider Heydər Əliyevin fotoları ilə müşayiət edilir.
Videoməlumat aşağıdakı keçiddə verilib:
https://www.youtube.com/watch?v=iw0GX1wuf_A

 

Mədəniyyət 2021-06-14 15:17:00