×
A
A
A
Sazlamalar

Beynəlxalq təşkilatlar Ermənistandan minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməsini tələb etməlidir

Kiyev, 12 iyun, AZƏRTAC

Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin həlak olması ilə nəticələnən mina partlayışı erməni vandalizminin növbəti təzahürüdür. Ermənistanın bu davranışı onun bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olaraq qalmaqda davam etdiyini göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın nüfuzlu “obozrevatel.com” saytına açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib.
M.Cəfərov bildirib ki, beynəlxalq insan hüquqları təşkilatları bu cür faciələrə biganə qalmamalıdır. Jurnalistlərin ölümünə səbəb olan bu təxribatı qətiyyətlə qınamağa tələsməyən beynəlxalq informasiya ictimaiyyətindən lazımi dəstəyi hiss etmirik.
“Beynəlxalq təşkilatlar Ermənistandan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini və diversiya hərəkətlərini dayandırmasını tələb etməlidir”, - deyə M.Cəfərov bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2021-06-12 19:05:00