×
A
A
A
Sazlamalar

İsveçrəli azarkeş: Sevimli komandamın bu gözəl şəhərdə qalib gələcəyinə inanıram

Bakı, 12 iyun, AZƏRTAC

Uşaqlıqdan futbol azarkeşiyəm. Ölkəm İsveçrənin futbol millisini bütün oyunlarda dəstəkləməyə çalışıram. Buna görə də bu gün Bakıdayam. Bakı çox gözəl, unikal şəhərdir.
Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn isveçrəli futbol azarkeşi Lorens Hanseker AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizdə yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən azarkeş deyib: “Bu gözəl şəhərin insanları olduqca mehriban, qonaqpərvərdirlər. Bakıya gəldiyimiz gündən çox gözəl vaxt keçiririk. Burada olmaqdan məmnunam. Sevimli komandamın bu gözəl şəhərdə qalib gələcəyinə inanıram. Düşünürəm ki, İsveçrə millisi A qrupunda ikinci yeri tutaraq səkkizdəbir finala vəsiqə qazanacaq”.

İdman 2021-06-12 18:30:00