×
A
A
A
Sazlamalar

İsveçrəli futbol azarkeşi: Bakıya gəldiyim ilk anlardan şəhərin gözəlliyinə valeh oldum

Bakı, 12 iyun, AZƏRTAC

Bu, Bakıya ilk gəlişimdir. Bakıya gəldiyim ilk anlardan şəhərin gözəlliyinə valeh oldum. Bakı son dərəcə gözəl, bənzərsiz şəhərdir.
Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn isveçrəli azarkeş Treks Zimmerman AZƏRTAC-a müsahibəsində deyib.
Bakıda tarixi irslə müasirliyin çox gözəl vəhdət təşkil etdiyini vurğulayan T.Zimmerman bildirib: Şəhərdə diqqətimi ən çox cəlb edən və məni heyran qoyan gözəl tarixi binalar və möhtəşəm müasir tikililərdir. Bütün bunlar şəhərdə unikal mənzərə formalaşdırır. Ən xoş hisslərdən biri də bu şəhərdə əsl futbol bayramı ab-havasının yaşanmasıdır”.
Sevimli komandasının qələbəsinə inandığını vurğulayan isveçrəli azarkeş deyib: “Oyunun birinci hissəsi çox maraqlı oldu. Təəssüf ki, qol görmədik. Amma inanıram ki, İsveçrə millisi 2:0 hesabı ilə qalib gələcək”.

İdman 2021-06-12 18:08:00