×
A
A
A
Sazlamalar

“Avro-2020”: Bakı Olimpiya Stadionunda ilk qol vurulub

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də futbol üzrə 16-cı Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilən birinci oyununda – Uels – İsveçrə matçında ilk qol vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda İsveçrə millisinin hücumçusu Breel Embolo adını tabloya yazdırıb. Matçın 49-cu dəqiqəsində künc zərbəsindən hava ötürməsini başla dəqiq zərbə ilə tamamlayan futbolçu Bakıda vurulan ilk qolun müəllifi olub.

İdman 2021-06-12 18:14:00