×
A
A
A
Sazlamalar

Yevlax şəhər sakininin həyətindən kultivasiya yolu ilə yetişdirilən 19 çətənə kolu aşkar edilib

Bakı, 12 iyun, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Səlimova məxsus həyətyanı sahəyə baxış keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-06-12 17:49:00