×
A
A
A
Sazlamalar

Günay Məmmədzadə “Gelfand Challenge” turnirində mübarizəni davam etdirir

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadə “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsində mübarizəni davam etdirir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız bu gün daha beş turda mübarizə aparacaq. Onun rəqibləri Hindistan təmsilçiləri Nihal Sarin, Leon Mendonka, Rameşbabu Praqnanandha, çinli Ju Yuner və danimarkalı Conas Bierre olacaqlar.
Qeyd edək ki, şahmatçımız ötən 10 turda 6 xal qazanaraq 8-ci yerdə qərarlaşıb.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

İdman 2021-06-12 17:20:00