Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Uşaq-Gənclər İnkişaf Mərkəzi “Biz Xarıbülbülü çəkirik” mövzusunda tədbir təşkil edib

Bakı, 12 iyun, AZƏRTAC

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Biz Xarıbülbülü çəkirik” adlı tədbir keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq məqsədilə təşkil olunub.
Tədbirdə Mərkəzin “Palitra” rəsm, “Buta” dizayn, “Gənc” dizayner studiyalarının, rəsm və dekotariv-tətbiqi sənət dərnəyinin üzvləri böyük və kiçik Xarıbülbül fiqurlu maketlərin üzərində maraqlı kompozisiyalar işləyiblər. Müxtəlif mövzularda çəkilən rəsmlərdə “Qarabağ abidələri”, “Qarabağ mədəniyyəti”, “Qarabağ atları”, “Qarabağ milli geyimləri” təsvir olunub.
Tədbirdə mərkəzin istedadlı uşaqları vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.
Mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də iştirak ediblər.

Elm və təhsil 2021-06-12 17:11:00