×
A
A
A
Sazlamalar

İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub

 Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 40 min 844 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 471, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 373 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 742 min 867-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 783 min 506, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 959 min 361 nəfərdir.


 

Səhiyyə 2021-06-12 16:40:00