×
A
A
A
Sazlamalar

Gənc cüdoçularımız Portuqaliyada keçiriləcək Avropa kuboku yarışlarına hazırlıqları davam etdirirlər

Bakı, 12 iyun, AZƏRTAC

Qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirən cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvləri hazırda Qusar şəhərində təlim-məşq toplanışındadırlar.
AZƏRTAC xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan toplanışda baş məşqçi Elçin İsmayılov və məşqçi Şümşat Bəhramovun rəhbərliyi ilə sonuncu ölkə birinciliyində uğur qazanan perespektivli gənc cüdoçular iştirak edirlər.
Qeyd edək ki, yığmanın üzvləri bu ay Portuqaliyada keçiriləcək Avropa kuboku yarışında mübarizə aparacaqlar.

İdman 2021-06-12 15:58:00