Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Latviyalı turist: Bakının hər yerində “Avro-2020”nin həyəcanını hiss edirik

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan çox rəngarəng, maraqlı ölkədir. Burada olmaqdan çox məmnunam. Havanın isti olmasına baxmayaraq, burada daha çox gəzməyə, görməli yerlərlə tanış olmağa çalışıram.
Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn latviyalı turist İns Menqels AZƏRTAC-a müsahibəsində deyib.
Bakının gözəlliyinə xüsusilə valeh olduğunu deyən latviyalı turist deyib: “Bakı bu çempionata çox gözəl hazırlaşıb. Şəhərin hər yerində “Avro-2020”nin həyəcanını hiss edirik. Şəhərdə əsl futbol ab-havası var. Şəhərin gözəlliyi, xüsusilə tarixi memarlığı və müasir binalar çox gözəl vəhdət təşkil edir. Bir sözlə, Bakını çox sevdim”.

İdman 2021-06-12 15:31:00