×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi Laçın rayonunun Kamallı kəndinin videogörüntülərini paylaşıb VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Kamallı kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Kamallı kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

 

Ordu 2021-06-12 13:56:00

Video