Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Jurnalistlər binasının komendantı saxlanılıb

Bakı, 11 iyun, AZƏRTAC

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Hadisə 2021-06-11 20:45:00