Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 954 minə yaxındır

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 985 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 917, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4068 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 702 min 23-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 748 min 35, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 953 min 988 nəfərdir.

Səhiyyə 2021-06-11 20:32:00