Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb, 73 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.
Hazırkı dövrədək ölkəmizdə 335 min 65 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib. Aktiv xəstə sayı 1920 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 606 min 364 test aparılıb. Bugünkü test sayı isə 8515-dir.

 

Səhiyyə 2021-06-11 20:15:00