×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 11 iyun, AZƏRTAC

“İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi və hərtərəfli inkişafı sahəsində silsilə tədbirləri davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Birliyin təşkilatçılığı ilə gənclər arasında keçirilmiş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqənin videokonfrans formatında keçirilən bağlanış mərasimində ümummilli lider Heydər Əliyevin Vətən qarşısında misilsiz xidmətlərindən danışılıb.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə İctimai Birlik tərəfindən silsilə tədbirlər keçirilib. Müasir müstəqil Azərbaycan bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycan dinamik inkişaf yolu keçərək mühüm uğurlar qazanıb.
Münsiflər heyətinin üzvləri – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova çıxışlarında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti və müasir dövrdə Azərbaycan gəncliyinin fəaliyyətindən danışıblar.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

Sosial 2021-06-11 20:26:00