Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hərbi hissələrdə gender bərabərliyinə dair seminarlar keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin keçirilməsinin zəruriliyini bildirən şöbə rəisi Zümrüd Səmədova hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işinin davamlı aparılmasının vacibliyini qeyd edib.
Görüşlərdə hərbi qulluqçu və mülki işçilərə müxtəlif ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Ordu 2021-06-11 20:01:00