Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu il Pedaqoji Universitetdə ingilis bölməsi üzrə qəbul nəzərdə tutulur

Bakı, 11 iyun, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) ilk dəfə bakalavr təhsil pilləsi üzrə ibtidai sinif müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları üzrə hər biri 15 nəfər olmaqla ingilis bölməsi üzrə qəbul nəzərdə tutulur.
Bu barədə ADPU-nun Elmi şurasının növbəti onlayn iclasında qərar qəbul olunub. Universitetdən AZƏRTAC-a bildirilib ki, qərar 2021/2022-ci tədris ilinin qəbul planına uyğun olaraq həyata keçiriləcək.

Elm və təhsil 2021-06-11 20:05:00