×
A
A
A
Sazlamalar

Latviya Seyminin üzvlərinə Qarabağ Dirçəliş Fondu ilə bağlı məlumat verilib

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Rəhman Hacıyev görüşdə əvvəlcə Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Söhbət zamanı torpaqlarımızın işğaldan azad olunmasından sonra regionda yaranan yeni reallıqlar, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Qarabağın bərpa prosesi çərçivəsində Azərbaycan ilə Latviya arasında əməkdaşlıq perspektivləri və Latviya iş adamlarının Qarabağın dayanaqlı iqtisadi inkişafına mümkün töhfəsi məsələləri geniş müzakirə edilib.
Qeyd edək ki, görüşdə, həmçinin Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Latviya Respublikası tərəfindən isə Seymin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş, müavini Armands Krauze və Seymin üzvü Aleksandr Kirşteyn də iştirak edib.

 

Cəmiyyət 2021-06-11 19:42:00