Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək

Bakı, 11 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İctimai Şuranın üzvləri vətəndaş cəmiyyəti institutlarının iyulun 6-da saat 10:00-dan 16:00-dək Xidmətin inzibati binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanında) keçiriləcək birgə yığıncaqda gizli səsvermə yolu ilə seçiləcəklər.
Birgə yığıncaqda təmsilçisinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçkiyə seçici qismində qatılacaq nümayəndə barədə zəruri məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonları) göstərməklə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir. Məlumatlar iyunun 25-dək həftənin iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya [email protected] elektron poçtu vasitəsilə təqdim oluna bilər. İctimai Şuraya namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da İctimai Şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər.

Sosial 2021-06-11 19:25:00