Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pedaqoji Universitetdə yeni tədris ilinin qəbul planı təsdiq olunub

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bakalavriatura və magistratura təhsil səviyyələri üzrə yeni tədris ilinin qəbul planı təsdiq olunub.
Bu barədə ADPU-nun Elmi şurasının növbəti onlayn iclasında qərar qəbul edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu il ADPU-nun Şamaxı filialında fizika müəllimliyi və təhsildə sosial-psixoloji xidmət, Ağcabədi filialında fizika müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi və xarici dil müəllimliyi (ingilis dili), Quba filialında coğrafiya müəllimliyi, tarix müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları açılıb və paralel olaraq qəbul planının sayı artırılıb.

Elm və təhsil 2021-06-11 19:28:00