Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri üçün seminarlar keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 350-ə yaxın professor və müəllim iştirak edib. Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.

Elm və təhsil 2021-06-11 19:05:00