Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış” mövzusunda konfransa hazırlıq işləri davam edir

Bakı, 11 iyun, AZƏRTAC

İyulun 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda keçiriləcək onlayn beynəlxalq elmi-praktik konfransa hazırlıq işləri davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mövcud vəziyyətini, “Böyük Qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, eləcə də əhalinin yaşayış təminatını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

Elm və təhsil 2021-06-11 18:56:00