Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tarix Muzeyində şəhid Elvin İslamovun xatirəsi anılıb

Bakı, 11 iyun, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində İkinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid Elvin İslamovun anım mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin yanvar ayından “Anadır arzulara hər zaman Qarabağ” sərgisi üçün toplanan 2000 materialın içərisində bu igid kəşfiyyatçının da şəxsi əşyaları yer alıb.
Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi ilə bağlı tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə şəhidə həsr olunmuş videoçarx və slaydlar nümayiş etdirilib.
Mərasimdə qəhrəman kəşfiyyatçının atası, I Qarabağ müharibəsinin veteranı Elçin İslamov, şəhidlər Feyruz Hacıyevin, Yusif Nəcəfovun valideynləri və başqaları iştirak ediblər.
Rəsmi hissədən sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Elm və təhsil 2021-06-11 18:16:00