Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Niderlandda azərbaycanlı jurnalistlərin xatirəsinə beynəlxalq poçt markası buraxılıb

Bakı, 11 iyun, AZƏRTAC

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərin xatirəsinə Niderland Krallığının paytaxtı Amsterdamda yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə beynəlxalq poçt markası buraxılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində mina partlaması nəticəsində həlak olmuş jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun şəkilləri təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap olunub.
Məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin cinayətkar davranışlarına, mina xəritələrini təhvil verməməklə regionda sülh və sabitliyə mane olmasına cəlb etməkdir.

Siyasət 2021-06-11 18:08:00