Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

FHN “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Bakı, 11 iyun, AZƏRTAC

UEFA Avropa çempionatının qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununun Bakıda keçirilməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, nazirlikdə Qərargah yaradılıb. Həmçinin Oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Bakcell Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət məqsədilə FHN-in aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.
Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Sosial 2021-06-11 17:50:00