Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Doktoranturada təhsil alanlar əsasən iqtisad və aqrar elm sahələrini seçiblər

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanda elmlə məşğul olanların statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 34,5 faizi 40 yaşadək olan şəxslərdir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2512 nəfərin 424-ü iqtisad, 319-u filologiya, 275-i texnika, 228-i riyaziyyat, 183-ü tibb, 177-si aqrar, 108-i biologiya, 106-sı siyasi, qalanları isə elmin digər sahələrini seçib.
Doktorantlardan 121 nəfər aqrar, 97 nəfər filologiya, 69 nəfər biologiya, hər birində 57 nəfər olmaqla texnika və iqtisad, 43 nəfər kimya, 40 nəfər tarix, 30 nəfər tibb, 25 nəfər siyasi, 24 nəfər riyaziyyat, 23 nəfər yer, 22 nəfər hüquq elmləri, 21 nəfər sənətşünaslıq, 46 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

Elm və təhsil 2021-06-11 16:51:00