Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Doktorantların 67,9 faizi ali məktəblərdə təhsil alır

Bakı, 11 iyun, AZƏRTAC

Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, doktoranturalarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb. Onların 78,8 faizi fəlsəfə, 21,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.
Təhsil alanların 32,1 faizi elmi müəssisə və təşkilatların, 67,9 faizi isə ali məktəblərdə yaradılmış doktoranturaların payına düşür.

Elm və təhsil 2021-06-11 16:31:00