Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Həsən Ruhani: İran, Rusiya və Azərbaycanın üçtərəfli əməkdaşlığı region üçün çox yaxşı nümunədir

Tehran, 11 iyun, AZƏRTAC

İran, Rusiya və Azərbaycanın üçtərəfli əməkdaşlıq əlaqələri inkişaf edir ki, bu da region üçün çox yaxşı nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Hörmüzgan vilayətində Rusiyanın köməyi ilə təməli qoyulan İstilik Elektrik Stansiyasının açılışında deyib.
Videoformatda keçirilən mərasimdə Həsən Ruhani Rusiya-İran münasibətlərinə də toxunub. Qeyd olunub ki, iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı region üçün də faydalıdır. Bu əməkdaşlıq regional və qlobal problemlərin həllində əhəmiyyətli rola malikdir.
İran Prezidenti qeyd edib ki, hər 3 dövlət qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Siyasət 2021-06-11 16:27:00