Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayıb

Bakı, 11 iyun, AZƏRTAC

Budapeştdə keçirilən dünya çempionatında daha bir cüdoçumuz mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxacaq. O, onaltıdabir finalda türkiyəli Mert Şişmanlar və gürcüstanlı İliya Sulamanidze qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar. Hazırda Azərbaycan millisi komanda hesabında 16-cı sıradadır.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

İdman 2021-06-11 10:24:00