Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Komitəsi: Aleksandr Atanın Azərbaycanda dini konfessiyalar arasında münasibətlərin inkişafında xidmətləri böyükdür

Bakı, 11 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə bağlı başsağlığı yayıb.
AZƏRTAC xəbər verir ki, başsağlığında deyilir: “Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Aleksandr Atanın Azərbaycanda dini konfessiyalar arasında münasibətlərin inkişafına yönəlik çox böyük xidmətləri olub. Hər zaman hörmətlə xatırlanacaq.
Allah rəhmət eləsin!”.

Cəmiyyət 2021-06-11 00:46:00