Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ümumi təhsil məktəblərində monitorinq aparılıb

Bakı, 10 iyun, AZƏRTAC
24 ümumi təhsil məktəbində monitorinq aparılıb. Monitorinqin məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək idi.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, monitorinq aparılan məktəblərdə neqativ hallar da müşahidə olunub. Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər. Monitorinq nəticəsində aşkarlanan qüsurların aradan qaldırılması üçün müəyyən addımlar atılacaq.

Elm və təhsil 2021-06-10 20:11:00