Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahmatçımız Günay Məmmədzadə “Gelfand Challenge” turnirində mübarizəyə başlayıb

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin "Gelfand Challenge" adlı ikinci mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, şahmatçımız gün ərzində beş turda mübarizə aparacaq. O, Dinara Saduakasova (Qazaxıstan), Kristofer Yu (ABŞ), Dommaraj Qukeş (Hindistan), Olqa Badelka (Belarus) və Nurgül Səlimova (Bolqarıstan) ilə qarşılaşacaq.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, “Julius Baer Challengers Chess Tour” çərçivəsində daha 3 turnir keçiriləcək. Yarışın final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.

İdman 2021-06-10 18:33:00