Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AFFA uşaqlara “Avro-2020”nin oyunlarına bilet hədiyyə edib

Bakı, 10 iyun, AZƏRTAC
AFFA “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT Fondu, LU-MUN şirkəti, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels–İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən həmin qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.
Qeyd edək ki, bu təşəbbüsün hədəf qrupu uşaqlardır.

İdman 2021-06-10 14:31:00