Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sumqayıt” cari mövsümdə də baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə meydançaya çıxacaq

Sumqayıt, 10 iyun, AZƏRTAC

“Sumqayıt” futbol klubunun baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, 39 yaşlı A.Abbasov növbəti mövsümdə də bu komandanın məşqçisi olacaq. Komanda Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirib. "Sumqayıt” bu qarşılaşmalardan 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyətlə ayrılıb.
Komandanın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. Belə ki, “Sumqayıt” onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

İdman 2021-06-10 14:07:00