Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda Azərbaycan və Pakistan hərbçiləri əməliyyat planlaşdırması məsələlərini müzakirə ediblər

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin olunması, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ordu 2021-06-09 17:34:00