Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi Laçın rayonunun Ağbulaq kəndinin videogörüntülərini paylaşıb VİDEO

Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Ağbulaq kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Rayon mərkəzindən 62 kilometr şimal-qərbdə yerləşən Ağbulaq kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

Ordu 2021-06-08 17:07:00

Video